Xəbəri Kokpitdə Oxuyun!

Gələn mövsüm 3 motora icazə veriləcək

Bu il təqvimdə daha çox yarış olacaq, lakin mühərriklər daha az olacaq. FIA güc aqreqatı komponentlərinə ciddi məhdudiyyətlərə qayıdır.

Kokpit.az bildirir ki, 24 yarışlıq mövsümdə hər maşın üçün üç daxili yanma mühərriki, üç MGU-H, MGU-K generatoru və üç turbin quraşdırıla bilər. Növbəti əvəzetmələrdə cərimələr tətbiq ediləcək.

24 yarış və altı sprint olacaq – hər bir komponent 20 məşq seansına, 10 sıralanma seansına və 6 sprint yarışına tab gətirməlidir. Belə bir yük altında hər hansı bir uğursuzluq yekunda cərimə ilə nəticələnəcəkdir.

FİA-nın motivasiyası aydındır – komandaların və istehsalçıların maliyyə sabitliyi, həm də mühərriklərin istehsalında karbon qazı emissiyalarının azaldılması.

Mənfi cəhətlər isə daha qabarıqdır – mövsüm boyu komandalar güc qurğularının tam potensialından istifadə edə bilməyəcəklər ki, bu da istər-istəməz güc balansına təsir edəcək. Təəssüf ki, start düzülüşündə yerlərin itirilməsi ilə nəticələnən cərimələr səbəbindən Formula 1 avtomobillərinin potensialı tam reallaşmayacaq…

Elçin Zodorov

Şərh əlavə et