Xəbəri Kokpitdə Oxuyun!

Mercedes və McLaren 14 fevralda təqdimat edəcək

Mercedes və McLaren komandaları 2024-cü il maşınlarını fevralın 14-də təqdim edəcəklər.

Kokpit.az bildirir ki, 14 fevral xüsusi gündür. Həmin gün sevgililər üçün əhəmiyyətlidir: birlikdə vaxt keçirirlər, bir-birlərinə hədiyyə alırlar, bir yerdə şam edirlər. Ancaq builki sevgililər günü Formula 1 fanatları üçün fərqli olacaq.

Britaniya mətbuatının verdiyi xəbərə görə 14 fevralda McLaren və Mercedes 2024-cü il maşınlarını təqdim edəcəklər.

Qeyd edək ki, daha əvvəl Sauber və Williams komandaları da 2024-cü il maşınlarını eyni gündə təqdim edəcəklərini bildirmişdilər.

Mercedes komandası çətin keçən iki mövsümdən sonra yenidən qələbələr və titul uğrunda mübarizə aparmaq istəyir. McLaren komandası isə MCL37 ilə zirvəyə bir az da yaxınlaşmağı hədəfləyir.

Mercedes son illərdə bolidini təqdimat günü reklam çəkilişi üçün trada çıxarır. McLaren isə əksər hallarda onlayn təqdimat edir. İki komandanın bu il də oxşar yol seçəcəyi gözlənilir.

Rauf Hacıyev

Şərh əlavə et