Xəbəri Kokpitdə Oxuyun!

A.Nyui: Red Bull-dan ayrılmaq niyyətim yoxdur

Formula 1 tarixinin ən uğurlu bolid dizayneri Adrian Nyuiyə sahib olmaq bütün komandaların arzusudur, lakin o, son 17 ildə Red Bull Racing ilə işləyir və görünür, heç bunu dəyişmək niyyətində deyil.

“Formula for Success” podkastında danışan təcrübəli mütəxəssis artıq üç dəfə Ferrari-dən təkliflər aldığını, lakin ardıcıl olaraq onları rədd etdiyini bildirib.

Adrian Nyui: “Ferrari markasının öz sehri var. Düzünü desəm, güman etməyə hazıram ki, ola bilsin ki, avtoidmanda çalışan hər kəs həmişə bu komandaya heyran olur və belə bir fürsət yaranarsa, ona qoşulmağa həvəs göstərir.

Onlar mənimlə artıq üç dəfə əlaqə saxlayıblar, baxmayaraq ki, bu hallardan biri IndyCar-da işlədiyim günlərdə (yəni 80-ci illərin ortalarında) baş vermişdi. Bu gözəl brenddir, onun bir növ mistisizmi var. Əslində, bu, bütün müsbət və mənfi cəhətləri ilə birlikdə İtaliya millisidir.

Orada olmağın dezavantajlar isə budur: işi yaxşı görməsən, ən sərt tənqidlərə zəmanət verilir – sadəcə parçalanacaqsan. Təbii ki, uğur qazansan, milli qəhrəman olursan. Bu özü də bir təzyiqdir. Mənim üçün bu iş ehtiras duyduğum şeylərin mühəndislik tərəfidir və əməkdaşlıq etdiyim komandalarla işləmək mənə çox xoşdur”.

Podkastın aparıcılarından biri Nyuinin McLaren-dəki günlərindən yaxşı münasibətə malik olduğu keçmiş sürücü Deyvid Kultharddır. Bir vaxtlar Nyuinin Red Bull-a keçmək təklifini qəbul etməsində məhz o əsas rol oynayıb.

“Mən Red Bull-a əsas sizin məsləhətiniz sayəsində keçdim, Deyvid” deyə Nyui xatırlayıb. – Və belə çıxır ki, mən bu komandada demək olar ki, əvvəldən çalışıram. Mən onun mühəndislik şöbəsinin yaradılmasına rəhbərlik edənlərdən biri olmuşam, bu komandada özümü rahat hiss edirəm. R3d Bull-da işin necə aparıldığını hamımız bilirik.

Hər hansı dəyişikliyə gəlincə, deyə bilmərəm ki, heç vaxt işimi dəyişməyəcəyəm, amma bu, ailəmi tərk etmək kimi olardı, çünki komanda mənim üçün elə bir ailəyə çevrilib. Hazırda Red Bull komandasını tırk etmək kimi bir niyyətim yoxdur”.

Elçin Zodorov

Şərh əlavə et