Kokpit.az bildirir ki, hər iki komanda da yeni maşınını fevralın 5-də təqdim edəcək.
Sauber C44 Londonda təqdim edəcək. Beləliklə, Sauber ilk dəfə Londonda təqdimat keçirəcək. İsveçrəlilər daha əvvəl İsveşrə, Avstriya və Almaniyada təqdimat etmişdilər.
Williams isə hələ heç bir məlumat verməyib. Qeyd edək ki, Williams komandası bu il təqdimatda maşını yox, şəkillərini göstərmişdi.
Hər iki komanda da sosial şəbəkələrdə “save the date” kartları paylaşaraq, azarkeşlərinə yeni il hədiyyəsi veriblər.
Xatırladaq ki, daha əvvəl Ferrari komandası 2024-cü il maşınını fevralın 13-də təqdim edəcəyini bildirmişdi.
Qeyd edək ki, mövsümöncəsi qış testləri 21-23 fevralda Bəhreyndə keçiriləcək və problem yaranmasa, 24 yarışlıq təqvim bizi gözləyir.
Şərh əlavə et