Kokpit.az xatırladır ki, ispaniyalı sürücünün 42 yaşı olsa da, hələ də gənc rəqibləri ilə mübarizə aparmağa gücü var. İkiqat Dünya Çempionu bu il 8 podium qazanaraq, mövsümü 4-cü yerdə qapadıb.
Fernando Alonso: “2018-ci ildən əvvəl də demişdim. Təqaüdə çıxmağı düşünmürəm, çünki motivasiya problemim yoxdur və ya yavaş deyiləm. Artıq sürətli olduğumu hiss etməsəm, bunu açıq-aydın görəcəyik. Belə olan halda mən də performansımdan razı qalmaram. Təqaüdə çıxma vaxtım gələndə bunu ilk mən deyəcəm. Ancaq inanmıram ki, o vaxt gəlsin, çünki performansıma çox inanıram.
Ancaq təqvimdəki yarışların sayı artsa, təqaüd barədə düşünə bilərəm, çünki həyatda başqa şeylər də var. Bu il 22 Qran Pri ilə çətin mövsüm keçirdik. Gələn il bizi 24 yarışlıq təqvim gözləyir və görək bu necə hissdir”.
Şərh əlavə et