Kokpit.az xəbər verir ki, Britaniyanın My Betting Edge portalı bukmeker kontorlarında əmsallar üzrə araşdırma apararaq Mercedes sürücüləri Lyuis Həmilton və Corc Rassellin titulu qazanma ehtimalını faizlə qiymətləndirib.
Hesablamalara görə, Formula 1-in yeddiqat çempionu Lyuis Həmiltonun səkkizinci dəfə çempion olmaq şansı 28 faizdir. Onun komanda yoldaşı Rasselin çempionluq şansı isə ondan 4 dəfə az – cəmi 7% qiymətləndirilir.
Xatırladaq ki, Həmilton son çempionluğunu 2020-ci ildə əldə edib. Növbəti üç mövsümdə Red Bull təmsilçisi Maks Ferstappen titulun sahibi olub. Həmilton son qələbəsini iki ildən çox əvvəl Səudiyyə Ərəbistanında 2021-ci il mövsümünün sonunda qazanmışdı.
Komandanın aktivində son iki ildə cəmi bir qələbə var ki, onu da keçən il Braziliyada Corc qazanıb…
Şərh əlavə et