Xəbəri Kokpitdə Oxuyun!

S.Peres: Çox şey öyrəndim

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, çətin mövsüm keçirsə də, hər şeyə müsbət yanaşır.

Kokpit.az xatırladır ki, meksikalı sürücü mövsümə çempionluq hədəfi ilə başlamış və ilk 4 yarışda iki qələbə əldə etmişdi. Lakin sonrakı yarışlarda temp itirmiş və geriyə düşmüşdü.

Hətta bəzi həftəsonlarında sıralanma turunun son sessiyalarına belə qala bilməyən Peres, mövsümün sonuna doğru bir az özünə gəlib. Buna baxmayaraq, o, komansa yoldaşı Maks Ferstappenə 290 xal uduzub.

Buna baxmayaraq, Peres xoşbəxtdir, çünki o zəif yönlərini tapıb və özünü inkişaf etdirəcək.

Serxio Peres: “Bu il bazar günləri tempim daha yaxşı idi. Buna görə də çempionatı ikinci yerdə bitirdim.

Sıralanma turunda ciddi problemlər yaşadım. Yeni mövsümdə bu sahəyə xüsusi diqqət ayıracağam.

Komanda mövsüm ərzində dominant olsa da, mənim üçün çətin mövsüm idi. Gələn il də sürətli maşına sahib olacağımıza əminəm. Ümid edirəm ki, yenə də mövsüm ərzində hegemon olarıq və mən də stabil nəticələr qazanaram.

Ümumilikdə çətin mövsümə görə minnətdaram. Bolid barədə çox şey öyrəndim. Red Bull-un fəlsəfəsini daha yaxşı anladım. Gələn il bütün bunların qarşılığını alacağıma ümid edirəm”.

Rauf Hacıyev

Şərh əlavə et