Xəbəri Kokpitdə Oxuyun!

Antonelli Mercedesdə bir nömrə olduğunu düşünmür

Kimi Antonelli 2026-cı il mövsümündə Mercedesin “bir nömrəli pilotu” statusuna yüksəldiyi barədə iddiaları rədd edib.

Kokpit.az xatırladır ki, 20 yaşlı sürücü bu mövsüm indiyədək olduqca uğurlu çıxış edib. İtalyan sürücü hazırda çempionatda liderdir və  Corc Rassellə xal fərqini 81-ə çatdırıb. O, titulun əsas namizədlərindən birinə çevrilib.

Antonelli mövsüm ərzində komanda yoldaşına qarşı tez-tez üstünlük qazansa da, Rassell yeni texniki reqlament çərçivəsində hazırlanmış Mercedes bolidinə uyğunlaşmaqda çətinlik çəkib.

Lakin çempionatdakı böyük üstünlüyünə baxmayaraq, gənc pilot Mercedesin bir nömrəli pilotu olduğu fikri ilə razılaşmır.

Kimi Antonelli: “Mercedesdə komandanın bir nömrəli pilotu olduğunu düşündüyüm heç kim yoxdur.

Komanda haqlı olaraq hər ikimizə eyni imkanları təqdim etmək istəyir. Buna görə də bir nömrəli pilotun olduğunu qətiyyən düşünmürəm. Hər ikimizin eyni səviyyədə olduğunu düşünürəm”.

Çempionat sıralamasında Antonellidən xeyli geridə qalan Rassell də daha əvvəl italiyalı komanda yoldaşı ilə bərabər şərtlərə sahib olduqlarını düşündüyünü bildirib.

Rauf Hacıyev

Şərh əlavə et