Kokpit.az xəbər verir ki, Fukao Honda-nın avtoidman strukturunda iki onillikdən çoxdur çalışır və Formula 1, MotoGP proqramlarında müxtəlif vəzifələr tutub.
“2026-cı ildə yeni reqlamentin tətbiqi və 2027-ci ildə növbəti dəyişikliklərlə əlaqədar Honda erkən mərhələdə yeni struktura keçərək etibarlı inkişaf strukturu yaratmağa və rəqabətədavamlı güc qurğusu hazırlamağa çalışır”, – Honda-nın bəyanatında qeyd olunub.
Xatırladaq ki, Honda Red Bull ilə olan əməkdaşlığı keçən il başa çatıb və hazırda F1 komandalarında yalnız Aston Martin-i güc qurğusu ilə təchiz edir.




Şərh əlavə et