Yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutub.
Yarışın finiş xəttini ilk olaraq ABŞ-ı təmsil edən Maksim Kryat (04:01:21) keçib, amma ən yaxşı vaxtı xorvatiyalı Matej Yukiç göstərib – 04:01:20.
Azərbaycan idmançıları arasında isə finiş xəttini ilk keçən Teymur Fərəcov (40-44 yaş) olub – 04:36:10.
Yarışın qalibləri sırasında üç Azərbaycan təmsilçisi olub: Leyla Abdulazizova (18-24 yaş kateqoriyası) və Natalya Vallek (50-54 yaş) qadınlar arasında, Anatoliy Afonenko (75-79 yaş) isə kişilərarasında. Mükafatçılar sırasına Tural Atakişiyev də yer alıb, o öz yaş kateqoriyasında (18-24 yaş) finişə ikinci çatıb.
Yarışda həmçinin Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə də iştirak edib və məsafəni uğurla başa vurub.
Kişilər arasında estafet yarışında Azərbaycanı təmsil edən TeamMetak (AlfaTriClub), qarışıq estafetdə isə Team Turan Team ikinci yer tutublar.
“IRONMAN 70.3” yarışı kişilər və qadınlar arasında 13 yaş kateqoriyası üzrə keçirilib. Həmçinin tədbir çərçivəsində estafetyarışı da keçirilib. Kişilər, qadınlar və qarışıq komandalararasında təşkil olunan yarışda ümumilikdə 47 komanda mübarizə aparıb.
Gərgin mübarizənin yekununda kateqoriyalar üzrə qalibləraşağıdakı kimi müəyyənləşib:
18–24 (kişilər)
18–24 (qadınlar)
25–29 (kişilər)
25–29 (qadınlar)
30–34 (kişilər)
30–34 (qadınlar)
35–39 (kişilər)
35–39 (qadınlar)
40–44 (kişilər)
40–44 (qadınlar)
45–49 (kişilər)
45–49 (qadınlar)
50–54 (kişilər)
50–54 (qadınlar)
55–59 (kişilər)
55–59 (qadınlar)
60–64 (kişilər)
65–69 (kişilər)
65–69 (qadınlar)
70–74 (kişilər)
75–79 (kişilər)
80-84 (kişilər)
Həmçinin, ümumilikdə 47 komandanın iştirak etdiyi estafet yarışlarında da müxtəlif kateqoriyalar üzrə qaliblər bəlli olub.
Qadın estafet:
Kişi estafet:
Qarışıq estafet:
“Alufar IRONMAN 70.3 Baku” yarışında kişi və qadınlar arasında ən yaxşı nəticə göstərən 25 idmançı 2027-ci ildə ABŞ-da keçiriləcək “IRONMAN 70.3” Triatlon üzrə Dünya Çempionatına vəsiqə qazanıblar.
Xatırladaq ki, “Alufar IRONMAN 70.3 Baku” yarışlarında dünyanın 62 ölkəsindən 1500 idmançı iştirak edib. “IRONMAN 70.3” yarışı 1,9 kilometr üzgüçülük, 90 kilometr velosiped və 21 kilometr qaçış mərhələlərini əhatə edir.




Şərh əlavə et