Xəbəri Kokpitdə Oxuyun!

IRONMAN 70.3-ün açılışı baş tutub

Bakıda “ALUFAR IRONMAN 70.3 Baku” beynəlxalq triatlon yarışı start Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə və digər rəsmi qonaqlar iştirak ediblər.

 

Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bakıda keçirilən “ALUFAR IRONMAN 70.3 Baku” tədbiri çərçivəsində keçirilən yarışlarda 62 ölkədən 1500-dən çox idmançı iştirak edir. Azərbaycan 123 idmançı ilə təmsil olunur.

“IRONMAN 70.3” yarışı kişilər və qadınlar arasında 13 yaş kateqoriyası üzrə keçirilir. Yarışda iştirakçılar 1,9 kilometr üzgüçülük, 90,1 kilometr velosiped və 21,1 kilometr qaçış mərhələlərini qət edəcəklər.
Yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçirilir.

Rauf Hacıyev

Şərh əlavə et