4 sentyabr tarixində “Alufar IRONMAN 70.3 Baku” triatlonyarışı çərçivəsində “IRONKIDS” və “Fun Run” yarışları keçirilib.
İdmanın və sağlam həyat tərzinin təbliği məqsədi daşıyan tədbirlərdə müxtəlif yaş qruplarını təmsil edən uşaqlar, həvəskaratletlər və onların ailələri iştirak ediblər.
“IRONKIDS” yarışında iştirakçılar 5–8 yaş, 9–13 yaş, 14–17 yaş kateqoriyaları üzrə 500 metr, 1 və 2 kilometr məsafələrdəyarışıblar.
“Fun Run” qaçışında isə iştirakçılar 5 kilometr məsafə qətediblər. Yarışın əsas məqsədi müxtəlif yaş və hazırlıq səviyyəsində olan insanları idmana cəlb etmək, sağlam həyattərzini təşviq etmək və onlara “Alufar IRONMAN 70.3 Baku”nun ab-havasını yaşatmaq olub.
“Fun Run” yarışında kişilər arasında finiş xəttini birinci Marius Holgersen keçərək qalib adını qazanıb. Cavid Cəfərov ikinci, Pavel Kiniçev isə üçüncü yeri tutub. Qadınların yarışındaTatyana Zaxarçenkova birinci olub. Qreysi-Rouz Volters ikinci, Yaroslava Volkova isə üçüncü yerdə qərarlaşıb.
Yarışın sonunda qaliblərin və mükafatçıların təltifetmə mərasimikeçirilib.
“IRONKIDS” və “Fun Run” yarışları “Alufar IRONMAN 70.3 Baku”nun yalnız peşəkar və təcrübəli triatlonçuları deyil, müxtəlif yaş və hazırlıq səviyyələrindən olan idmansevərləri də bir araya gətirən genişmiqyaslı idman tədbiri olduğunu nümayiş etdirib.
Qeyd edək ki, həftəsonunun ən gözlənilən hadisələrindən biriolan “Alufar IRONMAN 70.3 Baku” sentyabrın 5-də keçiriləcək. Yarışda 62 ölkədən 1500 iştirakçı, o cümlədən 123 Azərbaycan təmsilçisi iştirak edəcək. Atletlər 1,9 kilometr üzgüçülük, 90 kilometr velosiped və 21,1 kilometr qaçış mərhələlərindən ibarət məsafəni qət edəcəklər.
Xatırladaq ki, yarışlar Azərbaycan Respublikasının Gənclər vəİdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutub.




Şərh əlavə et