Xəbəri Kokpitdə Oxuyun!

Formula 1-in iki trası əməkdaşlığa hazırlaşır

Formula 1 təqviminin iki əfsanəvi trası – Circuit of the Americas (COTA) və Silverstoun ortaq layihəyə işarə edən müəmmalı paylaşım ediblər.

ABŞ Qran Prisinə ev sahibliyi edən Circuit of the Americas, Böyük Britaniya Qran Prisinin keçirildiyi Silverstoun ilə əməkdaşlığa hazırlaşdıqlarını açıqlayıb.

Hələlik bu tərəfdaşlığın nələri əhatə edəcəyi barədə məlumat verilməsə də, Texas ştatının Ostin şəhəri yaxınlığında yerləşən COTA mühüm açıqlamanın 5 avqust çərşənbə günü ediləcəyini təsdiqləyib.

2012-ci ildən etibarən, yalnız 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən yarış keçirilməyən mövsüm istisna olmaqla, ardıcıl şəkildə ABŞ Qran Prisini qəbul edən COTA sosial media hesabında Silverstoun ilə birlikdə hazırlanmış vizual paylaşaraq “Güclərimizi birləşdiririk” mesajını yayıb.

Digər tərəfdən, Silverstoun 1950-ci ildə Formula 1 Dünya Çempionatı tarixinin ilk yarışına ev sahibliyi edib. Əfsanəvi Britaniya trası isə 1987-ci ildən bəri Formula 1 təqvimində fasiləsiz şəkildə yer alır.

Rauf Hacıyev

Şərh əlavə et