Xəbəri Kokpitdə Oxuyun!

O2 Arena yeni tədbirə hazırdır!

2025-ci ildə Formula 1 ilk dəfə bütün komandaların bolid rəng çalarlarının təqdimatını birgə şəkildə Londonun The O2 Arena arenasında keçirmişdi. Təxminən 20 min tamaşaçı tutumuna malik arenaya biletlər cəmi bir saat ərzində satılıb qurtarmışdı.

Tədbir uğurlu alındığından, O2 Arena rəhbərliyi Formula 1-in gələn il də ümumi təqdimat mərasimi keçirmək qərarı verəcəyi təqdirdə ona yenidən ev sahibliyi etməyə hazır olduqlarını açıqlayıb.

Şayiələrə görə, Formula 1 belə bir şounu yenidən təşkil etməyi planlaşdırır, lakin bu dəfə tədbirin Milan şəhərində keçirilməsi nəzərdən keçirilir. Bununla belə, O2 Arena-nın sahibi olan AEG şirkəti təqdimatın yenidən Londonda baş tutması üçün mübarizə aparmağa hazırdır.

AEG-nin idman üzrə baş vitse-prezidenti Qayel Kazelli deyib: “Bu, möhtəşəm tədbir idi. Onun yenidən keçirilməsi ilə bağlı danışıqlar aparırıq. Eşitdiyimizə görə, Formula 1 müxtəlif variantları nəzərdən keçirir. Hələ formatın və məkanın necə olacağını dəqiq bilmirəm, amma seçim Londonun üzərinə düşərsə, bundan çox məmnun olarıq”.

Rauf Hacıyev

Şərh əlavə et