Xəbəri Kokpitdə Oxuyun!

Mercedes izahat yayıb

Corc Rassellin cəzaları ilə bağlı “yenidən baxılma hüququ” proseduruna başlayan Mercedes, bu addımdan niyə imtina etdiyini açıqlayıb.

Monako Qran Prisindən sonra Alpine komandasının müraciəti əsasında yenidən baxılma prosesi başladılmış və təqdim olunan sübutlar nəticəsində podiumun son pilləsi Pyer Qasliyə geri qaytarılmışdı. Lakin bu qərar oxşar cəzalar alan digər pilotların komandalarının narazılığına səbəb olmuş, Mercedes də Corc Rassellin işi üzrə qərara etiraz edərək yenidən baxılma proseduruna start vermişdi.

Cümə axşamı gecəsi bu prosesdən rəsmi şəkildə geri çəkildiyini açıqlayan çempionatən lideri Mercedes qərarının səbəbini komandanın sözçüsü vasitəsilə belə izah edib: “Corc Rassellin Monako Qran Prisi zamanı aldığı və icra etdiyi cəzalarla bağlı etdiyimiz yenidən baxılma müraciətini geri götürdüyümüzü təsdiqləyirik.

Pyer Qaslinin vaxt cəzasının ləğv edilməsindən sonra Corcun pit yolundakı sürət cəzası səbəbindən üzləşdiyi mənfi nəticələrin aradan qaldırılması üçün bütün mümkün variantları araşdırmağımız bizim üçün vacib idi.

Barselona yarış həftəsonunda sənədlərin təqdim olunması üçün vaxt məhdud idi və hüquqlarımızı qorumaq məqsədilə həmin müraciəti etdik.

Daha sonra FIA və Formula 1 rəhbərliyi ilə apardığımız müzakirələr Monako Qran Prisində yaranmış bu unikal vəziyyəti hərtərəfli araşdırmaq və buna səbəb olan amilləri proaktiv şəkildə aradan qaldırmaq niyyətində olduqlarını göstərdi.

Bu qətiyyətli yanaşmanı nəzərə alaraq, yenidən baxılma müraciətimizi davam etdirməyin nə komandamıza, nə də idmana əlavə fayda verməyəcəyi qənaətinə gəldik və buna görə də müraciəti geri götürdük”.

Rauf Hacıyev

Şərh əlavə et