Bolidlərin hazırlanması və texniki xidməti ilə məşğul olan əməkdaşlar qadağan olunmuş vaxt ərzində trasda fəaliyyət göstəriblər. Söhbət yerli vaxtla 12 iyun saat 22:00-da başlayıb 13 iyun saat 09:30-da başa çatan məhdudiyyət dövründən gedir.
Lakin bu pozuntu komandalar üçün heç bir cəza ilə nəticələnməyəcək. Belə ki, Formula 1 reqlamentinə əsasən hər komandaya mövsüm ərzində komendant saatı qaydasını pozmaq üçün dörd fərdi istisna hüququ verilir.
McLaren, Alpine və Cadillac üçün bu, cari mövsümdə ikinci belə istisna halı olduğundan FIA tərəfindən heç bir sanksiya tətbiq edilməyəcək.




Şərh əlavə et