Xəbəri Kokpitdə Oxuyun!

S.Peres: Şəhər tipli trasları sevirəm

Cadillac komandasının sürücüsü Serxio Peres bildirib ki, şəhər traslarını sevir. 

Kokpit.az xatırladır ki, meksikalı sürücü daha 2022-ci ildə Red Bull komandası ilə Monako Qran Prisi ilə qalib gəlib. Lakin onun işi indi daha çətindir, çünki Cadillac kimi gənc komandada yarışır.

Buna baxmayaraq təcrübəli sürücü Kanada yarışında nisbətən inamlı təsir bağışlayıb.

Serxio Peres Kanadadakı çıxışı xatırladaraq deyib: “Kanadada böyük addım atdıq. Həm sprintdə, həm də əsas yarışda orta qrupda mübarizə apara bildim. Təbii ki, inkişaf etdirməli olduğumuz sahələr var, amma Cadillac hələ çox gənc komandadır.

Biz daim öyrənirik və yarışdan-yarışa irəliləyirik. Monako unikal və son dərəcə çətin trasdır, ancaq eyni zamanda təqvimdə ən sevdiyim yarışlardan biridir.

Ümumiyyətlə şəhər traslarını sevirəm və 2022-ci ildə burada qazandığım qələbə mənə çox gözəl xatirələr bəxş edib. Ümid edirəm ki, bu həftəsonu da inkişafımızı davam etdirəcəyik”.

 

Rauf Hacıyev

Şərh əlavə et