Audi-nin Formula 1 layihəsinin rəhbəri Mattia Binotto hazırkı formatın o qədər də pis olmadığını düşünür.
Mattia Binotto: “Pilotlarımız hazırkı formatdan razıdırlar. Bəli, bu il çox şey dəyişib və hamı bu dəyişikliklərə uyğunlaşmalıdır. Amma ümumilikdə yarışlara marağı təhlil etsək, əla mübarizə gördüyümüzü deyə bilərik.
Çoxlu ötmələr, sıx rəqabət var. Hesab edirəm ki, hazırkı format Formula 1-i texnologiyanın ön xəttində innovasiya platforması kimi saxlayır.
Gələcək barədə danışmaq üçün hələ tezdir. Əlbəttə, FIA ilə bu mövzuda müzakirələrə başlamışıq. Hamımız birlikdə oturub Formula 1 üçün ən yaxşı variantın nə olduğunu müzakirə edəcəyik. Lakin mən hazırkı format barədə neqativ danışmaq istəmirəm, çünki onu yaxşı hesab edirəm.
Biz sistemi optimallaşdırmaq üçün yaxın zamanda reqlamentdə müəyyən dəyişikliklər etdik. Ola bilər ki, gələcək mövsümlərdə də bəzi dəyişikliklər olsun, amma gördüyümüz mənzərəni də unutmamalıyıq. Formula 1 tarixində daha darıxdırıcı dövrlər də olub. Hazırda gördüklərimiz bəzən eşitdiyimiz qədər mənfi münasibətə layiq deyil.
Audi hər zaman yüksək effektivliyə malik mühərriklər hazırlamağa çalışıb. Bu bizim üçün vacibdir və FIA ilə gələcək üçün ən doğru kompromisin nə olacağını müzakirə edirik”.




Şərh əlavə et