Mənbələrin bildirdiyinə görə, Sky Group-un icraçı direktoru Dana Stronq Formula 1-in prezidenti və icraçı direktoru Stefano Domenikali ilə uğurlu danışıqlar aparıb. Tərəflər 2034-cü ilə qədər Formula 1-in Sky Group kanallarında yayımlanması barədə razılığa gəliblər. Müqavilənin dəyərinin 1 milyard funt sterlinq olduğu qeyd olunub.
Stefano Domenikali: “Sky uzun illərdir əməkdaşlığımızın əvvəlindən etibarən sadiq və etibarlı tərəfdaş olub.
Onların canlı yayımlara, kontent istehsalına və pərdəarxası analizlərə yanaşması, həmçinin bu işi görən peşəkar komandası Böyük Britaniya, İrlandiya və İtaliyada idmanımızın inkişafında mühüm rol oynayıb. Əməkdaşlığımızın növbəti onillikdə də davam edəcəyinə görə çox şadam”.




Şərh əlavə et