Xəbəri Kokpitdə Oxuyun!

Ə.Nyui xəstələnib

Britaniyanın Daily Mail tabloidi yazır ki, Adrian Nyui bir müddət əvvəl səhhətində yaranan problemlər səbəbilə xəstəxanaya yerləşdirilib və bu səbəbdən Mayami Qran Prisinə getməyib.

Mənbənin məlumatına görə, Nyui artıq xəstəxanadan buraxılıb. O, bir neçə həftə orada qalıb və hazırda evdən işləyir.

Aston Martin komandası yayılan xəbərə operativ reaksiya verib. Komandanın rəsmi nümayəndəsi qısa açıqlamasında bildirib: “Komandamızın üzvlərinin şəxsi işlərinə dair məsələləri şərh etmirik. Ədrian işləyir və ötən həftə komandanın bazasına gəlib”.

Rauf Hacıyev

Şərh əlavə et