Xəbəri Kokpitdə Oxuyun!

FİA 2027-ci il üçün yeni ideyalar düşünür

FIA Formula 1 komandaları ilə birlikdə 2027-ci ildən etibarən bolidlərin asfaltayatma qüvvəsinin azaldılması imkanlarını müzakirə edəcək. Məqsəd enerji idarəetməsinin effektivliyini artırmaqdır.

Mövsümün ilk yarışlarından sonra aparılan analiz göstərib ki, yeni nəsil bolidlər döngələrdə gözləniləndən daha sürətlidir və bu, enerjinin bərpasına (rekuperasiyaya) mənfi təsir göstərir.

FIA döngələrdə sürəti azaltmaq üçün asfaltayatma qüvvəsinin 20, 30 və ya 50 vahid azaldılmasını təklif edib. Bu dəyişikliklər ön qanadın, altllığın və yan pontonların ön hissəsinin konstruksiyasına təsir edə bilər.

Belə dəyişikliklər üçün komandaların razılığı tələb olunur. Lakin FIA bunu təhlükəsizliklə əsaslandıra bilsə, qərarı müstəqil şəkildə də tətbiq edə bilər. Hesab olunur ki, döngələrdə planlaşdırılandan yüksək sürət təkərlərə düşən yükləri artıraraq əlavə risk yaradır.

2027-ci ildə asfaltayatma qüvvəsinin azaldılması enerji toplanması və istifadəsi baxımından vəziyyəti yaxşılaşdırmaq üçün praktik addım kimi qiymətləndirilir. Güc qurğularında köklü dəyişikliklərin isə ən tez 2028-ci ildən mümkün olacağı bildirilib.

Bundan əlavə, FIA gələn mövsüm üçün bolidlərin konstruksiyasında daha bir mümkün dəyişikliyi də nəzərdən keçirir. Söhbət altlığın ön hissəsində yerləşən və “bib” adlanan elementdən gedir.

FIA-nın 2026-cı il bolidləri üzrə ilkin qiymətləndirməsi göstərib ki, bu element həddindən artıq önə çıxır və toqquşmalar zamanı, xüsusilə bir bolid digərinin üzərinə qalxdıqda, sürücü üçün təhlükə yarada bilər. Bu məsələ də yaxın vaxtlarda komandalarla müzakirə olunacaq.

Rauf Hacıyev

Şərh əlavə et