Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Yayın sonuna qədər yenilik olmayacaq

Fernando Alonso Aston Martin-in yeni bolidi ilə bağlı suallardan yorulsa da, komandanın payızda irəliləyiş əldə edə biləcəyini düşünür.

Onun sözlərinə görə, yay fasiləsinə qədər komandadan ciddi yeniliklər gözlənilmir və performans sabit qalacaq. Əsas məqsəd isə komanda daxilində yaranan məyusluğu idarə etməkdir.

Fernando Alonso: “Cavablarım bəlkə də eyni səslənir, amma problem ondadır ki, biz yarış həftəsonu boyunca — cümə axşamından bazara qədər  daim mətbuatla danışmalı oluruq. Hər şey təkrarlanır, mesaj dəyişmir.

Yayın sonuna qədər bizdə heç bir yenilik olmayacaq. Kanadada Mayamidəki səviyyədə olacağıq, Avstriyada da Kanadadakı kimi. Hazırda başqa heç nə gözləmirik. Əsas məsələ komandadakı məyusluğu idarə etməkdir. Amma biz sakitik.

Hamımız yay fasiləsindən sonra, mövsümün ikinci yarısında daha yaxşı nəticələr əldə etmək üçün qətiyyətliyik. Baxaq görək, buna nail ola biləcəyikmi”.

Rauf Hacıyev

Şərh əlavə et