Xəbəri Kokpitdə Oxuyun!

Bayern futbolçularının Audi seçimləri

Bayern və Audi artıq 2002-ci ildən tərəfdaşdırlar və alman avtomobil istehsalçısı ölkənin ən titullu komandasının futbolçularını avtomobillə təmin edir. Bəs Bavariya komandasının futbolçuları hansı maşınları seçiblər?

Komandanın kapitanı Manuel Noyer və bir neçə komanda yoldaşı Audi Q8 SUV TFSI e quattro modelini seçiblər. Alfonso Deyvis, Jamal Musiala və Mixael Olise isə tam elektrik RS e-tron GT performance modelinə üstünlük veriblər. Gənc istedad Tom Bişof Audi Q4 Sportback e-tron modelini seçib, dörd uşaq atası Coşua Kimmix isə yeddi yerlik Audi Q7 SUV S line TFSI e quattro modelində qərar qılıb.

Audi-nin Satış və Marketinq üzrə İdarə Heyətinin üzvü Marko Şubert bildirib ki, futbolçuların seçimi brendin model çeşidinin müxtəlifliyini açıq şəkildə nümayiş etdirir: kompakt Q4 e-tron seriyasından tutmuş güclü Q8 SUV TFSI e quattro və idman üslublu RS e-tron GT performance modelinədək hər kəs özünə uyğun avtomobil tapıb. FC Bayern-in baş direktoru Yan-Kristian Dresen qeyd edib ki, Audi ilə əməkdaşlıq uzun illərin ənənəsidir və etibarlı tərəfdaşlığın göstəricisidir, 23 illik uğurlu birlikdən sonra da tərəflər eyni ambisiyalarla irəliləyərək bir-birini zirvə performansa sövq edir.

Marko Şubert qeyd edib ki, futbolçuların elektrik modellərə olan marağı bu texnologiyanın nə qədər emosional və cəlbedici olduğunu göstərir.

  • Tom Bişof — Audi Q4 Sportback 40 e-tron
  • Alfonso Devis — RS e-tron GT performance
  • Luis Dias — Audi Q8 SUV TFSI e
  • Serj Qnabri — Audi Q8 SUV TFSI e
  • Leon Qoretska — Audi Q8 SUV TFSI e
  • Rafael Gereyro — RS e-tron GT performance
  • Hiroki İto — Audi Q8 SUV TFSI e
  • Nikolas Cekson — Audi Q8 SUV TFSI e
  • Harri Keyn — Audi Q8 SUV TFSI e
  • Mince Kim — Audi Q8 SUV TFSI e
  • Yoşua Kimmix — Audi Q7 SUV S line TFSI e
  • Konrad Laymer — Audi Q8 SUV TFSI e
  • Camal Musiala — RS e-tron GT performance
  • Manuel Noyer — Audi Q8 SUV TFSI e
  • Maykl Olise — RS e-tron GT performance
  • Aleksandar Pavloviç — Audi Q6 SUV e-tron
  • Yosip Stanişiç — Audi Q7 SUV S line TFSI e
  • Conatan Ta — Audi Q8 SUV TFSI e
  • Sven Ulrayx — SQ6 e-tron
  • Dayot Upamekano — Audi Q8 SUV TFSI e
  • Jonas Urbiq — Audi Q6 SUV e-tron

 

Rauf Hacıyev

Şərh əlavə et