Testlərdə komandanın hər iki əsas pilotu iştirak edib. Qaydalara əsasən, belə çəkiliş günlərində bolid maksimum 200 kilometr məsafə qət edə bilər və yalnız Pirelli-nin nümayiş təkərlərindən istifadə olunur.
Aprelin 22-də isə eyni trasda Ferrari komandası öz çəkiliş gününü keçirəcək.
Qeyd edək ki, Audi komandası çempionatda bu il debüt etsə də, qənaətbəxş başlanğıc edib. Alman komandası mövsümün ilk 3 yarışından sonra 2 xal toplayıb və Mühəndislər Kubokunda səkkizinci yerdə qərarlaşıb.




Şərh əlavə et