Komandanın məlumatına görə, o, öz istəyi ilə gedib və bu qərar heç bir kadr dəyişiklikləri ilə bağlı deyil. Hələlik onun yerinə heç kim təyin olunmayıb. Belə ki, onun vəzifələrini müvəqqəti olaraq digər əməkdaşların icra edəcəyi bildirilir.
Skinner 2006-cı ildə Jordan və Williams-da çalışdıqdan sonra Red Bull-a qoşulub. Əvvəlcə hesablama hidrodinamikası (CFD) üzrə mühəndis kimi fəaliyyət göstərib, 2009-cu ildə qrup rəhbəri olub. 2018-ci ildə aerodinamika şöbəsinə rəhbərlik edib, 2022-ci ildə isə baş konstruktor təyin olunub. O, 2023-cü ilin RB19 modelinin – Formula 1 tarixinin ən uğurlu bolidlərindən birinin əsas memarlarından biri sayılır.
Komandanın bəyanatında deyilir: “20 illik fəaliyyətindən sonra baş konstruktorumuz Kreyq Skinner Red Bull Technology-dən ayrılır. Kreyq komandamızın ayrılmaz hissəsi və uğurlarımızın əsas təminatçılarından biri olub. Onun zəhmətinə və sədaqətinə görə minnətdarıq. Red Bull-da hamı ona gələcək fəaliyyətində uğurlar arzulayır”.




Şərh əlavə et