Xəbəri Kokpitdə Oxuyun!

Audi trasa çıxacaq?

Bir neçə mənbənin məlumatına görə, Audi komandası yeni maşınını cümə günü reqlamentin icazə verdiyi çəkiliş günü çərçivəsində Barselona trasında sınaqdan keçirəcək.

Əgər digər komandalar öz çəkiliş günlərini bundan əvvəl keçirməsələr, Audi bu mövsüm real trasda maşınını yoxlayan ilk komanda olacaq.

Bu, yalnız ilkin sınaqdır: sürüş zamanı güc qurğusunun sürəti və gücü məhdudlaşdırılacaq. Lakin trasda toplanacaq məlumatlar komandaya 26–30 yanvar tarixlərində İspaniya trasında qapalı rejimdə keçiriləcək ilk rəsmi testlərə hazırlıqda ciddi kömək edəcək.

Rauf Hacıyev

Şərh əlavə et