Xəbəri Kokpitdə Oxuyun!

Z.Braun tətildə də yarışır

McLaren-in rəhbəri Zek Braun yay tətiilində də boş dayanmır. O, fasiləni yarışaraq, dəyərləndirir.

Tarixi avtomobillərin böyük həvəskarı Zak Braun hər il Kaliforniyada keçirilən ənənəvi Monterey Motorsports Reunion yarış festivalında iştirak edir.

Montereidəki avtoidman bayramı bir neçə mərhələdən ibarətdir və əsas proqram 13–16 avqust tarixlərinə planlaşdırılsa da, müxtəlif növ köhnə avtomobillərin yarışı artıq başlayıb. McLaren Racing-in icraçı direktoru isə dərhal fərqlənməyi bacarıb.

Zek Braun: “Montereydə möhtəşəm gün oldu! İlk dəfə IROC Camaro ilə yarışdım və bu, əla idi! Bundan başqa, Jaguar XJR-10 ilə üçüncü, Porsche 935 ilə isə dördüncü oldum. İndi isə Reunion festivalını səbirsizliklə gözləyirəm!”

Qeyd edək ki, Zek Braunun sadaladığı bütün bu avtomobillər onun şəxsi kolleksiyasına aiddir.

Rauf Hacıyev

Şərh əlavə et