Xəbəri Kokpitdə Oxuyun!

Horner 50 milyon dollar təzminat istəyir

Kristian Horner artıq Red Bull Racing-in rəhbəri deyil, lakin tərəflər arasındakı əməkdaşlığın hüquqi baxımdan tam başa çatması hələ yekunlaşmayıb.

Kokpit.az bildirir ki, Kristian Hornerin Red Bull ilə müqaviləsi 2030-cu ilə qədər qüvvədə idi. Məlumata görə müqavilənin vaxtından əvvəl pozulmasına görə britaniyalı rəhbər təxminən 50 milyon dollar təzminat tələb edib. Bu, onun müqaviləni sonuna qədər qazanacağı məbləğə bərabərdir.

Britaniya mətbuatının yazdığına görə bu tələb Red Bull-un təklif etməyə hazır olduğu rəqəmi iki dəfədən çox üstələyir.

İlin sonuna qədər icbari məzuniyyət

Mübahisəli maliyyə məsələləri fonunda Hornerin başqa komandaya keçidi də tezliklə mümkün olmayacaq, çünki Horner hazırda Formula 1-də  rəqib komandaya keçidin qarşısını almaq üçün tətbiq edilən mütləq fasilə dövrünə daxil olub.

Bu müddət 2025-ci ilin sonunadək davam edəcək. Beləliklə, əgər Horneri başqa bir Formula 1 komandasının tərkibində görmək mümkün olacaqsa, bu 2026-cı ilin yanvarından tez baş verməyəcək.

Rauf Hacıyev

Şərh əlavə et