Kokpit.az xatırladır ki, gələn ildən etibarən İspaniya Qran Prisini Madrid qəbul edəcək. Barselona trasının isə hələ də birillik müqaviləsi var.
Lakin Barselonanın 2026-cı ildən sonra təqvimdə qalıb-qalmayacağı müəmmalıdır. Lakin Lyuis Həmilton Kataloniya trasının təqvimdə qalmasını istəyir: “Sözün açığı klassik traslardan birini itirmək məncə, məyusedici olar.
Barselona gözəl şəhərdir və İspaniyada Fernando Alonsoya görə böyük Formula 1 fanat kütləsi var. Bura Formula 1-in İspaniyadakı evi kimi hiss etdirir. Amma idmanın inkişaf etməsi də labüddür. Madrid də gözəl şəhərdir”.
Lyuis Həmilton düşünür ki, yeni traslar klassik traslar kimi əyləncəli olmayacaq: “Yeni trasların yaxşı olacağı barədə heç ümidim yoxdur.
Yeni tras tikmək bir az bəxt oyunlarına bənzəyir. 90 faiz ehtimalla əvvəlkindən daha pis olurlar. Amma yeni tras ən azından əvvəlki tras kimidirsə ya da ondan yaxşıdırsa, mənim üçün problem yoxdur”.
Madrid trası da Bakı, Ciddə, Las Veqas kimi şəhər tipli trasdır. Təqvimin dəyişməsi ilə sürücülərin və azarkeşlərin sevimli trası olan Spa-Frankorçamps 2027-ci ildən etibarən növbəli formada Formula 1-i qəbul edəcək.
Şərh əlavə et