25 APREL CÜMƏ GÜNÜ BİLETLƏRİN SATIŞINA BAŞLANIR
Azərbaycan ilk dəfə dünyaca məşhur UFC (Ultimate Fighting Championship) turnirinə ev sahibliyi edəcək. Bu tarixi hadisə 21 iyun, şənbə günü Bakı Kristal Zalında baş tutacaq. Döyüş yarışıUFC, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi vəBakı Şəhər Halqası Əməliyyat Şirkətinin əməkdaşlığı ilə həyatakeçəcək. Tədbirin əsas döyüşündə keçmiş UFC yarım ağır çəkiçempionu, hazırda 4-cü yerdəki namizəd Camal Hill, 7-ci yerdəki Xəlil Raundtri Jr.–lə qarşılaşacaq.
UFC FIGHT NIGHT™: HILL vs. ROUNDTREE JR. tədbiriüçün biletlər 25 aprel tarixində, saat 10:00-da (Bakı vaxtı ilə) iTicket platforması üzərindən satışa çıxarılacaq. UFC Fight Club üzvləri üçün erkən satış 23 aprel, çərşənbə günü saat 10:00-da, öncədən qeydiyyatdan keçən şəxslər üçün isə 24 aprel, cüməaxşamı saat 10:00-da start götürəcək.
Bildiririk ki, UFC prezidenti və baş icraçı direktoru Dana Vaytilə Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov əməkdaşlıq haqqında razılaşma imzalayıb. İmzalanma mərasimi şənbə günü keçiriləcək UFC 314: VOLKANOVSKİ vs. LOPES döyüşündən öncə Mayamidə baş tutub.
UFC-nin baş icraçı direktoru Dana Vayt: “Azərbaycan vəonun paytaxtı Bakı beynəlxalq idman tədbirlərinin keçirilməsibaxımından böyük bir tarixə malikdir. Bizim bu regiondan çıxançoxlu sayda güclü idmançılarımız var. Bu səbəbdən UFC-ninnövbəti tədbirinin Bakıda qərar tutması təsadüfi deyil. 21 iyun Bakıda keçiriləcək debut tədbirini səbirsizliklə gözləyirəm.”
Gənclər və İdman naziri Fərid Qayıbov: “UFC-nin Bakıda keçirilməsi idman sahəsində Azərbaycanın regional liderə çevrilməsi istiqamətində atılmış növbəti mühüm addımdır. Prezident İlham Əliyevin davamlı diqqət və qayğısı, uğurluidman siyasəti nəticəsində Azərbaycan dünyada idman ölkəsikimi tanınır. UFC ilə bu yeni əməkdaşlıq ölkəmizin qlobal idmanmərkəzi kimi mövqeyini daha da gücləndirir və idmanın inkişafı ilə beynəlxalq əməkdaşlığa sadiqliyimizi nümayiş etdirir.”
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev əlavə edib: “Formula 1 ilə uzun müddətli əməkdaşlığımızla yanaşı, UFC ilə tərəfdaşlıq Bakının idman dünyasında növbəti böyük uğurudur. Bu tədbir Azərbaycanın qlobal idman səhnəsindəki nüfuzunudaha da artıracaq. Biz UFC və döyüş idmanlarının bölgədə inkişafına töhfə verməsindən qürur duyuruq və Bakını böyük beynəlxalq idman tədbirləri üçün əsas mərkəzə çevirməyədavam edirik.”
Keçmiş çempion Camal Hill (12 qələbə, 3 məğlubiyyət, 1 döyüş nəticəsiz; ABŞ, Miçiqan) 2025-ci ildəki ikinci döyüşüüçün Octagon®-a sürətli qayıdış etməyi planlaşdırır. “Dana White’s Contender Series”-də UFC çempionluğunu qət edən ilk idmançı Hill, Tiaqu Santos, Coni Volker və Cimmi Krut kimidöyüşçüləri məğlub edərək çempionluğa yüksəlib. Hill, budöyüşdə Xəlil Raundtri Jr.-ni məğlub edərək, çempionluqyolunda irəliləməyi planlaşdırır.
Raundtri Jr. (14 qələbə, 6 məğlubiyyət, 1 döyüş nəticəsiz; ABŞ, Nevada) isə ötən ilin oktyabrında UFC 307-də Aleks Pereyra ilə keçirdiyi və “Gecənin Döyüşü” seçilən çıxışındansonra ilk dəfə yarışacaq. Güclü zərbələri ilə tanınan Raundtri Jr., 13 qələbəsinin 9-nu nokautla qazanıb. Kris Daukus, Karl Roberson və Modestas Bukauskas üzərindəki qələbələri iləazarkeşlərin rəğbətini qazanan döyüşçü bu dəfə Hill-in ilk beşdəki yerini almağa çalışacaq.
Bu möhtəşəm döyüş gecəsində, həmçinin UFC azarkeşlərininböyük maraqla gözlədiyi Kyoji Xoriquçinin (34 qələbə, 5 məğlubiyyət; ABŞ, Florida – Yaponiya, Qunma əsili) geridönüşü baş tutacaq. O, UFC tarixində ilk Yaponiyalı çempionolmaq uğrunda mübarizə aparacaq. Onun yolunu kəsəcək isə ənyüngül çəki reytinqində 10-cu pillədə qərarlaşan TəğirUlanbekov (16 qələbə, 2 məğlubiyyət; Rusiya, Mahaçqala) olacaq. Ulanbekov, keçmiş UFC yüngül çəki çempionu Həbib Nurməhəmmədovun rəhbərliyi altında hazırlaşır və ən yüngül çəki kateqoriyasında zirvəyə yüksəlməyi hədəfləyir.
Ağır çəkidə isə qarşılaşma əsl partlayış vəd edir. Reytinqdə 5-ci pillədə yer alan amerikalı Kördis Bleyds (18 qələbə, 5 məğlubiyyət; ABŞ, Çikaqo) UFC-də debüt edəcək və “Dana White’s Contender Series”-nın parlayan ulduzu olan Rizvan Kunievlə (13 qələbə, 2 məğlubiyyət, 1 heç-heçə; Rusiya, Dağıstan) üz-üzə gələcək. Kuniev bu döyüşlə adını UFC arenasında təsdiqləməyi qarşısına məqsəd qoyur.
Əlavə olaraq, turnirin proqramında yer alan digər döyüşləraşağıdakılardır:
Azərbaycanlı döyüşçülər UFC səhnəsində sürətlə irəliləyir, dünya səviyyəli güləş texnikası, zərbə qabiliyyəti və döyüş ruhunümayiş etdirirlər. Rafael Fiziev kimi idmançılar, keçmiş yüngülçəki çempionu Rafael dos Anjos və Bobi Qren kimi rəqiblərüzərində qazandıqları möhtəşəm qələbələrlə ölkəmizi UFC-dəlayiqincə təmsil edirlər.
UFC-nin tədbirləri adətən bütün dünyada qısa müddətdətamamilə satılır. Bu səbəbdən azarkeşlərə bu möhtəşəm gecədəiştirak etmək üçün öncədən ufc.com/Baku ünvanındaqeydiyyatdan keçmələri tövsiyə olunur. Ən son yeniliklər vədöyüşçü heyəti barədə məlumat almaq üçün @UFCEurasia sosial media hesablarını izləməyi unutmayın.
UFC haqqında
UFC® (Ultimate Fighting Championship) — dünyanın aparıcıqarışıq döyüş sənətləri (MMA) təşkilatıdır. 700 milyondan çoxazarkeşi və təxminən 300 milyon sosial media izləyicisi iləUFC, qlobal döyüş sənayesinin lideridir. Təşkilat hər il dünyanınən nüfuzlu arenalarında 40-dan çox canlı tədbir keçirir və butədbirləri 170-dən çox ölkədə 950 milyondan artıq evəyayımlayır.
UFC-nin idmançı heyətində 70-dən çox ölkəni təmsil edəndünyanın ən güclü MMA döyüşçüləri yer alır. Təşkilatınrəqəmsal məhsullarına UFC FIGHT PASS® da daxildir — buplatforma döyüş idman növləri üzrə dünyanın aparıcı yayımxidmətlərindən biridir.
UFC, TKO Group Holdings (NYSE: TKO) tərkibinə daxildir vəqərargahı Las Veqas, Nevada ştatında yerləşir. Əlavə məlumatüçün UFC.com saytına daxil ola və UFC-ni Facebook.com/UFC, eləcə də X (Twitter), Snapchat, Instagram və TikTok platformalarında @UFC istifadəçi adı ilə izləyə bilərsiniz.
Şərh əlavə et