Xəbəri Kokpitdə Oxuyun!

C.Vitli aprelin 1-dən işə başlayır

Red Bull-dan ayrılan Conatan Vitli 1 apreldən etibarən Sauber komandasının rəhbəri olacaq.

Kokpit.az xatırladır ki, Sauber komandası 2026-cı ildən etibarən Audi Formula 1 komandası olmağa hazırlaşır. Buna görə də komandanın heyətində önəmli dəyişikliklər olub. Conatan Vitlinin transferi də bu prosesin bir hissəsidir.

Britaniyalı mütəxəssis komandanın əməliyyatlarını və texniki inkişafını idarə edən Mattia Binotto ilə işləyəcək və Sauber Motorsport AG-nin əsas adamlarından biri olacaq.

Həm Binotto, həm də Vitli birbaşa olaraq Audi-nin idarə heyətinin rəhbəri Qernot Dölnerə hesabat verəcək.

Qeyd edək ko, Conatan Vitli karyerasına 1990-cı illərim əvvəllərində Benetton ilə başlayıb və burada baş mexanik olub. O, daha sonra Renault-ya keçib və burada üç il ərzində eyni vəzifədə işləyib. O, 2006-cı ildən etibarən Red Bull-da işləyir və komandanın qazandığı uğurlarda böyük rol oynayıb.

Conatan Vitli Sauber komandasının rəhbəri kimi ilk yarışına 2025-ci ilin Yaponiya Qran Prisində çıxacaq.

Rauf Hacıyev

Şərh əlavə et