Xəbəri Kokpitdə Oxuyun!

Ferstappen və McLaren Laureus mükafatına namizəddir

Maks Verstappen və McLaren komandası ilin ən yaxşı idmançılarını və komandalarını seçən nüfuzlu Laureus World Sports Awards mükafatına namizəd olublar.

Kokpit.az xəbər verir ki, bu, Maks Ferstappenin ardıcıl dördüncü namizədliyidir – niderlandlı sürücü 2022-ci ildə bu mükafatı qazanıb.

Dördqat dünya çempionu bu dəfə dayaqla tullanma üzrə Arman Duplantis, velosipedçi Tadeem Poqaçar, tennisçi Karlos Alkaras və üzgüçü Leon Marşanla “2024-cü ilin ən yaxşı idmançısı” adı uğrunda mübarizə aparacaq.

McLaren-in Ən Yaxşı İdman Komandası kateqoriyasındakı rəqibləri Real Madrid, İspaniyanın kişilərdən ibarət milli futbol komandası, Barselona-nın qadın futbol komandası, Boston Celtics və ABŞ kişilərdən ibarət basketbol komandasıdır.

Mükafatın qalibləri aprelin 21-də Madriddə elan olunacaq.

 

Elçin Zodorov

Şərh əlavə et