Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Həmiltonun kölgəsində qalmaq problem deyil

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Həmiltonun gəlişi ilə ikinci plana düşmək onun üçün yaxşı haldır.

Kokpit.az xatırladır ki, britaniyalı sürücünün Ferrari-yə keçidi çox səsli-küylü alınıb.

Şarl Lekler: “Lyuisin komandaya keçidi mənimkindən fərqlidir. Mən Ferrari-yə gələndə Formula 1-də bir mövsüm keçirmişdim. Hər şey mənim üçün yeni idi.

Lyuis üçün Ferrari yeni təcrübə olsa da, buraya idmanın əfsanəsi kimi gəlib. Onun digər komandalarda bu qədər uğur qazanmasını görmək doğrudan da gözəldir. Burada isə çox xoşbəxt və həyəcanlı görünür.

Bu müddət ərzində mən bir az kölgədə qaldım, amma bundan həzz alıram. Çünki tamamilə özümə fokuslana bilirəm. İlk yarışa hazır olmaq üçün əlimdən gələni edirəm və keçən ilə nisbətdə daha yaxşı başlanğıca ümid edirəm.

Sürüş tərzlərimiz oxşardır və buna təəccübləndim. Xüsusən də döngə girişlərində ikimiz də aqressiv olmağı sevirik. Bu yaxşı haldır, çünki ikimiz də boliddən eyni şeyləri gözləyirik.

Komanda üçün bu çox vacibdir, çünki eyni yöndə işləyəcəyik. Bu da maşının inkişafı üçün müsbət amildir. İndiyə kimi birlikdə çox yaaxşı işlədik. İlin əvvəlindən birliksə yaxşı vaxt keçirdik. Onunla yarışmağı səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, Ferrari-ni yenidən zirvəyə daşıya bilərik”.

Rauf Hacıyev

Şərh əlavə et