Kokpit.az bildirir ki, Aston Martin səhər sessiyasında dəyişiklik edib. Səhər sükan arxasına Ləns Stroll keçməli idi, amma kanadalı sürücü özünü yaxşı hiss etmədiyi üçün onu Fernando Alonso əvəz edib.
Yaşıl işıqların yanması ilə trasa ilk olaraq Red Bull komandasından Maks Ferstappen çıxıb.
Sessiyanın ilk dəqiqələrində Kimi Antonelli və Şarl Lekler liderlik üçün mübarizə aparıblar. İki sürücü də ardıcıl sürətli dövrələr vurublar. Bu mübarizədən qalib ayrılan tərəf Şarl Lekler olub.
Aston Martin-dən Fernando Alonso trasa çıxarkən pit yolunun sonunda mexaniklər onu saxlayıblar və bolidi boksa qaytarıblar. Lakin ispaniyalı sürücü daha sonra trasa yenidən çıxıb.
Bundan bir müddət sonra isə Oliver Bermanın Haas-ından böyük bir qırıntı qopub. Buna görə trasda qısa müddət də olsa, sarı bayraqlar çıxıb və britaniyalı sürücü boksa qayıdıb.
McLaren testin son günündə də ənənəsinə sadiq qalaraq trasa hamıdan sonra çıxıb. Lando Norris sessiya başlayandan sonra dövrəvi nəticə göstərib. Daha sonra britaniyalı pilotun bolidi arxadan sürüşüb və o, tras xaricinə çıxıb.
Sessiyanın bitməsinə 40 dəqiqə qalmış marşalların bayraq salladığı yerdə şüşə qırılıb və start finiş düzlüyünə tökülüb. Buna görə də qırmızı bayraqlarla sessiya dayandırılıb.
Beləliklə səhər sessiyasını Şarl Lekler 1.30.811 zaman nəticəsi ilə zirvədə bağlayıb. Onu 1.30.888 zaman nəticəsi ilə Kimi Antonelli izləyib. 1.30.943 ilə Lando Norris üçüncü, 1.31.209 ilə Maks Ferstappen 4-cü olub.
Cek Duhən, Aleks Elbon, Ayzek Həcər, Fernando Alonso, Qabriel Bortoleto və Oliver Berman onluğu bağlayan sürücülər olublar.
Şərh əlavə et