Xəbəri Kokpitdə Oxuyun!

Testlərin ikinci gününü Karlos Sayns zirvədə bağlayıb

Bəhreyndə keçirilən mövsümöncəsi qış testlərinin ikinci günü geridə qalıb. İkinci günü Williams komandasından Karlos Sayns zirvədə bağlayıb.

Kokpit.az xatırladır ki, günün ilk yarısını Ferrari komandasından Lyuis Həmilton zirvədə bağlamışdı.

Nahardan sonra trasa ilk çıxan sürücü Racing Bulls-dan Ayzek Həcər olub. Daha sonra isə Williams komandasından Karlos Sayns onu izləyib.

İspaniyalı sürücü ilk dövrələrdən sonra lider Lyuis Həmiltonu 0.031 saniyə qabaqlayaraq, liderliyə yerləşib. Lando Norris isə bir saatdan sonra trasa çıxmayan yeganə sürücü olub.

Daha sonra isə sürücülər yarış tempində işləməyə başlayıblar. Sessiya ərzində əksər sürücülər ya trasdan çıxıblar ya da yerlərində fırlanıblar. Sabiq komanda yoldaşları Karlos Sayns və Şarl Lekler yerlərində fırlandıqları halda Alpine komandasından Cek Duhən tras kənarına çıxıb.

Dörd saat davam edən axşam sessiyasından sonra Williams komandasından Karlos Sayns protokollara başçılıq edib. Onu 0.031 saniyə geridə Lyuis Həmilton izləyib. Üçüncü yeri isə Şarl Lekler tutub. Mercedes komandasının sürücüləri Corc Rassell və Kimi Antonelli müvafiq olaraq 4 və 5-ci yerləri tutublar.

Ləns Stroll 6-cı, Red Bull-dan Liam Louson 7-ci olublar. Onluğu isə Cek Duhən, Pyer Qasli və Ayzek Həcər bağlayıblar.

Rauf Hacıyev

Şərh əlavə et