Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Bolid yaxşıdır

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, RB21-in performansından razıdır.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü Bəhreyndəki mövsümöncəsi qış testlərinin ilk gününü üçüncü yerdə bitirib. Dördqat Dünya Çempionu nahardan sonra sükan arxasına keçib və 74 dövrə vurub.

Maks Ferstappen: “Sürüş cəhətdən hər şey yaxşı idi. Sadəcə müsbət hallarla rastlaşdıq və buna görə də hər şey qaydasında görünür. Sürət cəhətdən harada olduğumuzu tam bilmirik. Ancaq maşınım reaksiyaları çox yaxşıdır. Hazırda hər şey nəzarətimizdədir və testlərin başında vəziyyətimiz yaxşıdır.

Davamlı yeni şeylər öyrənirik və fərqli şeylər sınayırıq. Buna davam edəcəyik. Burada mükəmməl dövrə vurmaq vacib deyil. Test proqramımızı faydalı formada aparmalıyıq və maşını təkmilləşdirməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et