Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Ən yaxşı versiyamdayam

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, bu il ən yaxşı versiyasındadır.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü keçən il Maks Ferstappenlə çempionluq uğrunda mübarizə aparsa da, sonda ikinciliyə razı olmuşdu. McLaren komandası isə Ferrari-ni 14 xal qabaqlayaraq, 1998-ci ildən sonra Mühəndislər Kubokunu qazanmışdı.

Bu il texniki reqlament dəyişməyib və olduğu kimi qalıb. Buna görə də McLaren komandası bu il də əsas favoritlərdən biri sayılır.

Lando Norris: “Keçən il yarışlar qazana biləcəyimi, bir həftəsonunda dominant olduğumu və dünyanın ən yaxşıları ilə mübarizə aparacağımı özümə isbatladım. Bunun üçün özümə güvənməli idim və bunu bacardım.

Təbii ki, hər şeyi mükəmməl etmədim. Bəzi səhvlərim oldu, amma bunları keçən il etdim və bu il mövsümə daha güclü və özümə inanaraq başlayacağam.

Ümumilikdə özümə çox inanan insan deyiləm. Buna görə də belə hisslər mənə az-az gəlir.

Hazırda özümün ən yaxşı versiyasındayam. Həm fiziki, həm də zehni cəhətdən. Bu komanda üçün də keçərlidir. 2025-ci il mövsümündə çempionluq uğrunda mübarizə aparmaq üçün çox qərarlıyıq”.

Rauf Hacıyev

Şərh əlavə et