Xəbəri Kokpitdə Oxuyun!

Red Bull rəqiblərdən 60 işçi alıb?

Niderland mətbuatının verdiyi xəbərə görə Red Bull komandası rəqib komandalardan 60 işçini heyətinə qatıb.

Kokpit.az bildirir ki, Red Bull komandası 2024-cü ildə texniki direktoru Ədrian Nyuini, idman direktoru Conatan Vitlini və baş strateq Vill Kurtnini itirmişdi.

“Qırmızı öküzlər” bu itkilərdən sonra komanda daxilində bəzi işçilərin vəzifələrini qaldırmış və boşluqları doldurmuşdu. Ən maraqlı vəzifə yüksəlişi isə Maks Ferstappenin yarış mühəndisi Canpiero Lambiaseyə verilmişdi. Lambiase yeni mövsümdə yarış şöbəsinin rəhbəri olacaq və eyni zamanda Maks Ferstappenin yarış mühəndisliyini edəcək.

Digər tərəfdən Niderland mətbuatının verdiyi xəbərə görə Red Bull komandası zəifləyən heyətini gücləndirmək üçün rəqib komandalardan 60 işçi transfer edib.

Red Bull komandasının rəhbəri Kristian Horner daha əvvəl Mercedes-in Yüksək Performanslı Güc Qurğusu şöbəsindən 200-dən çox işçi transfer etdiklərini demişdi. Ancaq Mercedes bildirmişdi ki, bu işçilərin çoxu qısamüddətli işçilərdir və Hornerin iddiasını təkzib etmişdilər.

Rauf Hacıyev

Şərh əlavə et