Xəbəri Kokpitdə Oxuyun!

P.Ferrari Həmiltona heyran qalıb

Ferrari şirkətinin səhmdarlarından olan Pyero Ferrari bildirib ki, Lyuis Həmilton Maranelloya gələrkən çox qüsursuz olub.

Kokpit.az bildirir ki, Lyuis Həmilton yanvarın 20-də ilk dəfə Maranelloya getmiş və azarkeşlərin böyük marağına səbəb olmuşdu.

Britanitalı sürücü bazada keçirdiyi ilk üç günsə xırdalıqlara önəm verib və peşəkarlığı ilə diqqətləri üzərinə cəlb edib.

Pyero Ferrari: “Demək olar ki, inanmadım. Azarkeşlərin əsl sevgisini gördüm. Fyorano trasının ətrafındakı piyada keçidinə toplanan insanlar Lyuis Həmiltonu izləyirdilər. Bu doğrudan da möhtəşəm an idi və insanlar ona sevgilərini göstərirdilər”.

Lyuis Həmiltonun Maranelloda ilk üç gündəki zərifliyi Pyero Ferrarinin diqqətini cəlb edib. Pyero bu barədə belə danışıb: “Həmiltonu qarşılamağa gedəndə gördüm. Çox şıx və səliqəli geyinmişdi və ilk gününü belə keçirən sürücü xatırlamıram. Qalstuku ilə qüsursuz şəkildə yanımıza gəldi. O gün biz idarəçilər belə qalstuk taxmamışdıq.

Lyuis Həmilton dedi ki, Ferrari F40 ən çox sevdiyi maşındır və onunla şəkil çəkdirmək istəyir”.

Rauf Hacıyev

Şərh əlavə et