Kokpit.az xatırladır ki, “qırmızılar” 2025-ci il mövsümün üçün hazırladığı 677 kod adlı yeni bolidində hərtərəfli dəyişikliklər edərək, ön asılaqan sistemini yenidən yığır. Komandanın rəhbəri Frederik Vassyör bolidin komponentlərinin 99 faizinin fərqli olacağını demişdi. Bu dəyişikliklər aerodinamik cəhətdən güclənmək üçündür.
İtaliya mətbuatının verdiyi xəbərə görə Ferrari ön asılqan sistemində pull-rod dizaynına keçərək bolidin balansını yaxşılaşdırmağı və təkər yeyilməsini daha yaxşı hala gətirməyi hədəfləyir. Son illərdə McLaren və Red Bull bu asılqan sistemi ilə uğur qazanıblar. Buna görə də bu konseptə keçid məntiqli addım kimi görünür.
Bu dəyişikliyin əsas səbəbi keçənilki bolid SF-24-ün mexaniki quruluşunun aerodinamik yeniliklərə cavab verə bilməməsi idi. Xüsusən də Barselonadakı zəif performans göstərdi ki, ön asılqan bolidin inkişafına mənfi təsir göstərir. Aparılan təhlillər nəticəsində məlum olub ki, komanda daha aqressiv aerodinamiklə birlikdə daha məhsuldar ön asılqan sistemi istifadə etməlidir.
Əgər yeni konsept testlərdə müsbət nəticə göstərsə, arxa asılqanda da buna bənzər dəyişiklik edilə bilər. Ferrari mühəndisləri düşünür ki, bu yeni sistem nəticəsində bolid hər dövrəyə 0.1 saniyə sürətlənəcək.
Şərh əlavə et