Xəbəri Kokpitdə Oxuyun!

Louis Vuitton Avstraliya QP-nin titul sponsoru olacaq

Formula 1 və Louis Vuitton arasındakı tərəfdaşlıq 2025-ci ilin Avatraliya Qran Prisi ilə başlayır.

Kokpit.az bildirir ki, 2025-ci ildən etibarən Formula 1 ilə fransız dəb brendi Louis Vuitton arasında onillik tərəfdaşlıq başlayır. Buna görə də Louis Vuitton mövsümün ilk mərhələsi Avstraliya Qran Prisinə titul sponsoru olub. Bu yarış FORMULA 1® LOUIS VUITTON AUSTRALIAN GRAND PRIX 2025 adlanacaq. Bununla da dəb brendi ilk dəfə tras kənarında belə vacib formada iştirak edəcək və yarışın açılış mərasimi ilə podium seremoniyasında aktiv rolda olacaq. Bundan başqa podiumdakı pilotlar üçün Louis Vuitton-un əfsanəvi Monoqram qablı xüsusi “Trophy Trunk” sandıqları nümayiş olunacaq və bu sandıqlar hər yarış üçün xüsusi olaraq dizayn ediləcək.

Louis Vuitton-un Formula 1 ilə olan tərəfdaşlığı 2021-2024-cü illərdə Monako Qran Prisi üçün dizayn etdiyi Trophy Trunk ilə başlayıb. Bu ənənə sonradan dünya səviyyəsindəki digər prestijli idman tədbirlərində də davam edib.

Formula 1-in rəhbəri Stefano Domenikali: “2025-ci ilin ilk yarışında Louis Vuitton-u sponsor kimi qəbul etmək qürurludur. Bu tərəfdaşlıq yenilik, mükəmməliyyət və yaradıcılıq istəyi ilə bir-birinə bağlanmış iki qlobal brendin birləşməsini təmsil edir. Louis Vuitton-un iştirakı idman təcrübəmizi zənginləşdirir.

Louis Vuitton-un rəhbəri Pietro Bekkari: “Louis Vuitton və Formula 1 arasındakı bu böyük tərəfdaşlığa görə qurur duyuram. İki şirkət arasında sinerji var və bu sinerji həm atelyelərimizin, həm də bokslarımızın peşəkarlığında əks olunur. Hər yarışda dünya çempionlarını dəstəkləmək və mükəmməlliyəti qeyd etmək bizim üçün böyük şərəfdir”.

Rauf Hacıyev

Şərh əlavə et