Xəbəri Kokpitdə Oxuyun!

Haas Ferrari-nin bazasında işləyəcək

Haas komandasının rəhbəri Ayao Komatsu bildirib ki, onlar Toyota ilə anlaşsalar da, Ferrari-nin aerodinamik borusunda işləməyə davam edəcəklər.

Kokpit.az xatırladır ki, Haas komandası keçən mövsümün sonlarında Toyota Gazoo Racing ilə texniki tərəfdaşlığa başlamışdı. Lakin bu tərəfdaşlığa görə onlar Ferrari ilə münasibətlərini sonlandırmayacaq. Belə ki, Amerika komandası Toyota-nın Kölndəki aerodinamik borusundan istifadə etməyi planlaşdırmır və Ferrari-nin Maranellodakı bazasında işləməyə davam edəcək.

Ayao Komatsu: “Yaxın gələcəkdə Ferrari-nin Maranellodakı aerodinamik borusundan istifadə edəcəyik. Ferrari ilə işləmək hər iki tərəf üçün daha faydalıdır, çünki eyni çempionatda yarışırıq və texniki qaydalarla bağlı problem yaşananda Ferrari-nin mütəxəssisləri problemləri araşdırıb həll edirlər.

Biz də onların həll yollarından faydalanırıq. Belə olanda eyni işləri özümüz görmək məcburiyyətində qalmırıq.

Toyota-nın bazası çox gözəl olsa da, Kölndəki aerodinamik borusuni heç bir Formula 1 komandası istifadə etmir. Orada sadəcə Andretti komandası işləyir və onlar hələ Formula 1-də yarışmırlar”.

Rauf Hacıyev

Şərh əlavə et