Kokpit.az bildirir ki, Yuki Tsunoda 2025-ci il Formula 1 mövsümündə Red Bull-un ehtiyat pilotu olacaq.
Yaponiyalı sürücü 2025-ci il üçün Red Bull komandasında Serxio Peresin əvəzinə ən böyük alternativlərdən biri idi. Bununla belə, komanda onun Racing Bulls-dakı komanda yoldaşı Liam Lousonu seçib. Lousin 2025-ci ildə Maks Ferstappenin komanda yoldaşı olacaq və Tsunoda Red Bull-un köməkçi komandasında beşinci mövsümünü keçirəcək, lakin yaponiyalı pilot gələn mövsüm Red Bull-da yarışa bilər.
24 yaşlı pilot Red Bull-un rəsmi ehtiyat sürücüsü elan edilib və əgər Ferstappen və ya Louson komandadan qovulsa və ya zədələnərsə, “qırmızı öküzlər” üçün yarışacaq. Yeni mövsümə səkkiz cərimə xalı ilə daxil olan Ferstappenin növbəti cərimə balı iyun ayında Avstriya Qran-Prisindən sonra silinəcək. Yəni ki o, 8 cərimə balı ilə 11 yarış tamamlamalıdır.
Racing Bulls komandasının ehtiyat sürücüsü isə Ayumu İvasa olacaq. İvasa Formula 2 və Super Formulada super lisenziya üçün tələb olunan 40 xalı toplayıb. O, həmçinin 2024-cü il Yaponiya və Abu Dabi Qran Prisində Racing Bulls üçün birinci sərbəst yürüşlərdə iştirak edib və mövsümsonu testlərinə qatılıb.
Şərh əlavə et