Kokpit.az xatırladır ki, argentinalı sürücü keçın il Williams komandası ilə 9 yarışa qatılmışdı. O, bu il Alpine komandasına ehtiyat və developer sürücüsü olub.
Frankonun Alpine komandasında yarışmaq fürsəti var. Belə ki, Cek Duhən bu mövsümün ilk yarışlarında gözləntiləri qarşılaya bilməsə, Kolapinto növbəti yarışlarda Pyer Qaslinin komanda yoldaşı ola bilər. Belə olan halda Duhənin üzərinə böyük təzyiq düşəcək.
Franko Kolapinto bu barədə belə danışıb: “Komandadakı əsas vəzifəm onlara kömək etməkdir. Bolidi təkmilləşdirmədə və ya başqa sahələrdə onlara dəstək verəcəm.
Nə olursa-olsun, diqqətli olacağam. Əlbəttə, sükan arxasına keçməli olsam, həmişə hazır vəziyyətdə gözləyəcəyəm. Bütün testləri etmək, yeni maşını təkmilləşdirmək, simulyatorda çox vaxt keçirmək, hər şeyə hazır olmaq mənim vəzifəmdir. Burada olduğum üçün çox sevincliyəm.
Alpine yenidən zirvəyə yüksəlmək istəyir və çempionluq uğrunda mübarizə aparmağı hədəfləyir. Bu komandanı və bazadakı işçiləri tanımaq böyük şansdır. Çox şey öyrənməliyəm”.
Şərh əlavə et