Xəbəri Kokpitdə Oxuyun!

Racing Bulls vacib sponsorunu itirib

Racing Bull komandası mövsüm başlamadan əsas sponsorlarından biri olan Orlen ilə yollarını ayırıb.

Kokpit.az bildirir ki, Orlen Polşanın böyük neft şirkətidir. Bu şirkətin loqotiplərini 2023-cü ildən bəri Racing Bulls-un (ovaxtkı adı ilə AlphaTauri) bolidlərində görürdük.

Orlen 2019-cu ildə Robert Kubitsanı dəstəkləmək üçün Formula 1-ə gəlmişdi. Polşalı pilot həmin il Williams komandasının şərəfini qoruyurdu.

Lakin Robert növbəti mövsüm Alfa Romeo komandasına test və ehtiyat sürücüsü kimi keçdikdən sonra Orlen də İsveçrə mərkəzli komandanın sponsoru olmuşdu.

Kubitsa Formula 1-dən getdikdən sonra isə Orlen əvvəlki adı ilə AlphaTauri olan Racing Bulls-a keçid etmişdi.

Polşalı neft şirkəti verdiyi açıqlamada bildirib ki, Racing Bulls ilə tərəfdaşlıqdan ayrıldıqdan sonra yaranan büdcəni gənc və istedadlı pilotların inkişafı üçün ayıracaq.

Visa Cash App Racing Bulls komandası Orlen kimi böyük sponsorunu itirdikdən sonra yeni tərəfdaş axtarışına çıxacaq.

Rauf Hacıyev

Şərh əlavə et