Kokpit.az xatırladır ki, britaniyalı mühəndis keçən il Red Bull komandası ilə yollarını ayırmış və bu qərarını may ayında ictimaiyyətə çatdırmışdı.
Daha sonra Nyuinin adı bir neçə komanda ilə hallansa da, o, sonda Aston Martin ilə anlaşıb. Ədrian yeni komandasına qoşulmamışdan əvvəl icbari məzuniyyətə çıxmalı idi və bu məzuniyyət hələ də davam edir. Bu məzuniyyətin mart ayında bitəcəyi əvvəldən məlum idi, amma rəsmi tarix açıqlanmamışdı.
Aston Martin komandasının mətbuat xidməti verdiyi açıqlamada bildirib ki, Ədrian Nyui yeni iş yerində 3 mart 2025-ci il tarixində debüt edəcək. Bu isə o deməkdir ki, əfsanəvi mühəndis həm 2025-ci ilin, həm də 2026-cı ilin bolidləri üzərində işləyə biləcək. Onun komandadakı problemləri həll etməkdə vacib rolu olacağı gözlənilir.
Aston Martin komandası 2026-cı ildə Ədrian Nyuinin təcrübəsi hesabına ən yaxşı maşınlardan birini düzəltməyi və qələbələr qazanmağı hədəfləyir.
Şərh əlavə et