Xəbəri Kokpitdə Oxuyun!

Alpine 2026-cı il üçün testlərə başlayıb

Alpine komandadı 2026-cı il bolidi üzərində testlərə başlayıb.

Kokpit.az bildirir ki, 2026-cı ildə Formula 1-in texniki reqlamentindı ciddi dəyişikliklər olacaq, amma bəzi detallara hələ aydınlıq gəlməyib.

Heç bir komanda üstünlük əldə etməsin deyə FİA 2026-cı ilin bolidləri üzərində işləməyə 1 yanvar 2026-cı ildən etibarən icazə verib. Artıq yanvarın 9-udur və 2026-cı il bolidləri üzərində işləmək olar. Alpine gələn ilə hazırlaşdığını ictimaiyyətə bildirən ilk komanda olub.

Alpine komandasının mətbuata verdiyi açıqlama: “FİA-nın qaydalarına əsasən keçən həftə 2026-cı il bolidi A526 üzərində rəsmi test işlərinə başladıq”.

Digər komandaların da arxa planda 2026-cı ilə hazırlaşdığı məlumdur, ancaq hələ rəsmi açıqlama verilməyib.

Rauf Hacıyev

Şərh əlavə et