Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen düşüncələri dəyişdirib

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, qazandığı uğurlara görə artıq niderlandlı pilotlar da idmanda ciddiyə alınır.

Kokpit.az xatırladır ki, Maks Ferstappen Formula 1-də 2015-ci ildə debüt edib və idman tarixində Dünya Çempionu olmuş ilk niderlandlı pilot olub.

Maks Ferstappen: “Niderlandlı sürücülər uzun illər ciddiyə alınmadı. Avtoidmanda hegemon ölkələrdən biri deyildik, amma bu halı bir az dəyişib.

Formula 1 İngiltərə mərkəzli idmandır və media cəhətdən çox geridə qalırıq. Amma biz göstərdik ki, yaxşı pilotlar ancaq ənənəvi ölkələrdən çıxmırlar. Niderlanddan da istedadlı sürücülər çıxa bilir”.

Dördqat Dünya Çempionu əlavə edib ki, aldığı cəzaların əsas səbəblərindən biri milliyətidir: “Bəzən cəzaların ədalətli olmadığını düşünürəm. Bəzi qərarların alınmasında milliyətin də rolu olur”.

Rauf Hacıyev

Şərh əlavə et