Xəbəri Kokpitdə Oxuyun!

Sürücülər ən yaxşı 10-luğu seçiblər

Formula 1-in rəsmi saytında sürücülərin müəyyən etdiyi reytinq yayımlanıb.

Sorğuda 17 nəfər iştirak edib: Aleks Elbon, Fernando Alonso, Valtteri Bottas, Franko Kolapinto, Pyer Qasli, Niko Hülkenberq, Lyam Louson, Şarl Lekler, Kevin Maqnussen, Lando Norris, Esteban Okon, Oskar Piastri, Corc Rassell, Karlos Sayns, Ləns Stroll, Yuki Tsunoda və Quanyu Çjou.

Sorğunun hər bir iştirakçısı özünün ilk onluğunu yaradıb, bundan sonra doldurulmuş formalar toplanıb xallar hesablanıb. Xallar mövcud F1 xal sisteminə uyğun hesablanıb. Sürücülərə özlərinə də səs vermək imkanı yaradılıb, lakin çoxu bu addımı atmayıb. Rəsmi saytın nümayəndələri hamının seçimini gizli saxlamağa söz verib.

İlk üçlük elə son çempionatdakı yekun vəziyyətlə üst-üstə düşür. Lakin kimin neçə xal qazandığı qeyd edilməyib…

S Sürücü Komanda 2024 vs 2023
1 Maks Ferstappen Red Bull =
2 Lando Norris McLaren  2
3 Şarl Lekler Ferrari  2
4 Corc Rassell Mercedes *
5 Oskar Piastri McLaren  3
6 Karlos Sayns Ferrari =
7 Pyer Qasli Alpine  2
8 Niko Hülkenberq Haas *
9 Fernando Alonso Aston Martin  6
10 Lyuis Həmilton Mercedes  8

Elçin Zodorov

Şərh əlavə et