Alonso atası ilə birlikdə Sennanın bolidini sürüb

Alonso atası ilə birlikdə Sennanın bolidini sürüb

Kokpit.az xatırladır ki, bir neçə gün əvvəl Ferrari komandası Karlos Sayns və atası üçün Fyoranoda xüsusi bir şou yürüşü günü təşkil etmiş və ata ilə oğul birlikdə trasa çıxaraq, Ferrari-nin 2022-ci il bolidi olan SF-75-i sürmüşdülər. Tədbirin sonunda Ferrari ispaniyalı sürücüyə karyerasının ilk yarışını qazandığı bolidi hədiyyə etmişci.

Sayns ailəsinin Ferrari-si Fyoranodan ayrıldıqdan bir neçə gün sonra Fernando Alonso və atası Ayrton Sennanın 1990-cı il yarışdığı McLaren MP4/5B bolidi iləşou yürüşü ediblər.  Bolidin sahibi Zek Braun nəzakət göstərərək, Alonso ailəsinə  unudulmaz anlar yaşadıb.

Formula 1-in əfsanəsi Ayrton Sennanın  ikonik bolidini  sürmək üçün Fernando ilə ilə atasına təklif göndərilib. Həm Fernando, həm də atası 1990-cı ildə Sennanın geyindiyi kombinezonu geyiniblər.

Formula 1 üzrə ikiqat Dünya Çempionu Fernando Alonso bildirib ki, atası ona Formula 1 karyerası boyu çox dəstək olub. Buna görə də atasına Formula 1 bolidi sürmək və bolidin  gücünü yaşamaq şansı verərək, ona minnətdarlıq edib.

Fernando Alonso daha sonra bu tədbirdən olan şəkilləri öz sosial şəbəkəsində paylaşıb.

Bunları da oxuyun

Şərh əlavə et